Müasir Marketinq və Süni intellekt

Müasir Marketinq və Süni intellekt

“Müasir marketinq” dedikdə ağlınıza nə gəlir? Yəqin ki, ağıllı rəqəmsal reklam kampaniyası, innovativ vebsayt və ya çox yaradıcı və unikal bir sosial şəbəkə postu haqqında düşünürük. Bu nümunələr müasir marketinqin bəzi əlamətlərini özündə əks etdirsə də, əslində müasir marketinq bundan daha böyükdür. Müasir marketinq müştəri üçün ən yaxşı təcrübəni təmin etmək və bununla da böyüməyə təkan vermək üçün biznesin bütün imkanlarından istifadə etmək bacarığıdır.

Süni intellektin marketinqə təsiri varmı?

Bildiyimiz kimi müasir dövrdə ən çox və yüksək sürətlə inkişaf edən sahələrdən biri də Süni İntellektdir. Süni intellekt hal-hazırda biznesin bütün istiqamətlərində öz əksini tapır. Və müasir marketinq də buna istisna deyil. Hətta, marketinq, süni intellektin ən böyük dəyişikliklərə səbəb olacağı proqnozlaşdırılan sahələrdən biridir. Faktiki olaraq, son araşdırmalara görə, ən çox finansal təsir göstərə biləcək yeganə biznes funksiyası marketinqdir. Bu o deməkdir ki, siz əgər marketinqinizdə süni intellektdən istifadə etmirsinizsə, bəlkədə ən inqilabi texnologiyanın verdiyi üstünlüklərdən imtina etmiş olursunuz.

Süni intellektin istifadə əhatəsi düşündüyümüzdən də genişdir!

Süni intellekt texnologiyasına nümunə olaraq OpenAI şirkətinin ChatGPT çat botunu və sözlərdən təsvir yaradan DALL-E süni intellekt sistemlərini, Midjourney və s. misal çəkmək olar. ChatGPT süni intellekt texnologiyası ilə idarə olunan təbii dil emal vasitəsidir ki, bu da sizə çat bot ilə insan kimi söhbətlər və daha çox şeylər aparmağa imkan verir. Dil modeli suallara cavab verə bilər və e-poçt, inşa və kod tərtib etmək kimi tapşırıqlarda sizə kömək edə bilər. DALL-E və Midjourney isə, mətndən təsvir yaratmağa imkan verən Süni intellekt sistemləridir. Bu isə o deməkdir ki, siz öz fikrinizdə olan təsviri, çox rahatlıqla, saniyələr ərzində yarada biləcəksiniz. Beləliklə, süni intellektin müasir marketinqə çox böyük bir qatqısı var. Və artıq siz də öz biznesinizin marketinqinin inkişafında süni intellektin verdiyi üstünlüklərdən çox rahatlıqla yararlana bilərsiniz. Lakin bu, sizi işinizi bu sahənin peşəkarlarına həvalə etməkdən çəkindirməməlidir. İşinizi peşəkar marketinq şirkətlərinə həvalə etmək sizi lazımsız əziyyətdən və böyük xərclərdən qurtarır. Süni intellekti sadəcə çox güclü bir alətdir və bu alətdən düzgün istifadə edən rəqibləri ilə müqayisədə hər zaman öndə olacaqdır. Və təsəvvür edin ki, bu alət işini bilən peşəkarların əlindədir. Yəqin ki, əldə oluna biləcək nəticəni siz özünüz də təsəvvür edirsiniz.

shape
shape
shape
shape

Gəlin, uğurlara shape birgə imza ataq!

Brendinizi zirvələrə daşımaq və biznesinizi uğura aparmaq istəyirsiniz?
O zaman bizimlə əlaqə saxla!

Ödənişsiz konsultasiya üçün müraciət et!