Sosial media dövrü Marketinqə necə təsir edir? Və ya SMM-lə Marketinqin fərqi nədir?

Sosial media dövrü Marketinqə necə təsir edir? Və ya SMM-lə Marketinqin fərqi nədir?

Çox zaman müştərilər Marketinqlə SMM-in fərqini tam anlaya bilmirlər. Və ya düşünürlər ki, SMM marketinq deməkdir. Gəlin birlikdə hər ikisini ayrı-ayrılıqda analiz edək. Əslində marketinq çox geniş sahədir və özündə müştərilərin ehtiyaclarını ödəməyə və bazarda məhsul və ya xidmətlərin satışına yönəlmiş bütün strategiyaları əhatə edir. Və bu strategiyalar həm ənənəvi həm də rəqəmsal kanallarla həyata keçirilir. Başqa sözlə, marketinq bazar araşdırması, hədəf kütlənin müəyyən edilməsi, məhsulun yaradılması və qiymətnin müəyyən edilməsi, satış strategiyalarının hazırlanması və müxtəlif kanallar vasitəsilə hədəf kütləyə çatdırılması kimi geniş fəaliyyət sahələrini əhatə edir.

Rəqəmsal marketinqdə SMM

SMM isə sadəcə sizin məhsulu və ya xidməti hədəf kütlənizə çatdırmaq üçün marketinq kanallarından biridir. Yəqin ki indi daha aydın oldu ki, SMM marketinqin ayrılmaz kiçik parçasıdır. Sadəcə müasir dövrdə internetin və texnologiyanın inkişafı ilə eləcə də insanların rəqəmsal platformalardan və sosial medialardan daha çox istifadəsi ilə SMM ön plana çıxmağa başlayıb. Üstəlik sosial media vasitəsilə sahibkarlar öz müştəriləri ilə sürətli şəkildə birbaşa əlaqəyə keçə bildikləri üçün onların davranışlarını daha yaxşı analiz edə və buna uyğun öz strategiyalarını qura bilirlər. Sürət isə müasir dövrdə çox vacib amildir.

Nəticə

Yekun olaraq bir daha vurğulayaq ki, marketinq məhsul və ya xidmətin müştərilərə çatdırılması üçün bütün strategiya və taktikaları əhatə edən ümumi bir anlayışdır, sosial media isə marketinq məqsədlərinə çatmaq üçün onun ayrılmaz bir parçasıdır. Buna görə də sosial mediaya təkcə post və ya video paylaşmaq üçün bir platforma kimi deyil, güclü marketinq aləti kimi yanaşan sahibkarlar son dövrdə çox sürətlə uğur qazanmağa başlayıblar. Elə isə sən nəyi gözləyirsən?

shape
shape
shape
shape

Gəlin, uğurlara shape birgə imza ataq!

Brendinizi zirvələrə daşımaq və biznesinizi uğura aparmaq istəyirsiniz?
O zaman bizimlə əlaqə saxla!

Ödənişsiz konsultasiya üçün müraciət et!