Hər bir biznes maraqlı macəralı bir yoldur. Lakin istənilən macərada olduğu kimi çətinliklər və təhlükəli dönüşlərlə doludur. Öz biznesini qurmaq istəyən bir çox sahibkar uğura gedən yolda onları ləngidə bilən bu beş səhvləri edir.
Aydın marketinq planı olmadan biznesə başlamaq xəritəsiz səyahətə çıxmaq kimidir. Bazar ehtiyaclarını öyrənmək və biznesinizin unikal xüsusiyyətlərini vurğulayan strategiya qurmaq daha effektivdir. Bizim mütəxəssislərimiz sizə hədəf auditoriyanızın diqqətini cəlb edəcək, sizi bazarda fərqləndirəcək və davamlı inkişafı təmin edəcək strategiyalar təklif edirlər.
Rəqəmsal mühitin getdikcə daha da önəmli hala gəldiyi bir dünyada onlayn mövcudluğunuza (saytınızın və sosial şəbəkələrinizin olması) məhəl qoymamaq ölümcül bir səhv ola bilər. Bizim rəqəmsal marketinq ekspertlərimiz sizə güclü onlayn mövcudluq yaratmağa, biznesinizin sosial şəbəkələrdə brendləşməyinə, SEO ilə axtarış motorlarında saytınızın önə çıxmağına və yeni müştəriləri cəlb etməyinizə kömək edəcəklər.
Sahibkarların etdiyi ən böyük səhvlərdən biri müştəri ehtiyaclarını nəzərə almamaqdır. Biz heç zaman unutmamalıyıq ki, uğurlu biznes məmnun müştərilər üzərində qurulur. Oneiro group komandası üçün müştərilərin məmnuniyyəti çox vacibdir. Buna görə də biz auditoriyanızı anlamağa və onların problemlərini həll edən məhsullar yaratmağa yönəlmiş xidmətlər təklif edirik.
Marketinq üçün ayrılan büdcəni düzgün idarə etmək çox çətin və vacib məsələdir. Doğru olmayan yanaşma ilə siz büdcənizi "havaya sovura" bilərsiniz. Və ya tam əksi uğurlu nəticə ala biləcəyiniz bir reklama yetərsiz büdcə ayırıb daha az nəticə əldə edə bilərsinz. Oneiro group-da biz sizə riskləri minimuma endirib maksimum nəticə əldə edə biləcəyiniz maliyyə bölgüsü strategiyası təklif edəcəyik.
İnkişaf etməyən biznes uğursuzluğa məhkumdur. Oneiro group-da biz sizə innovativ həllər tətbiq etmək, bazar dəyişikliklərinə uyğunlaşmaq və rəqiblərinizdən öndə olmaqda kömək edəcəyik. Unutmayın ki, uğurlu sahibkarlar kömək istəməkdən çəkinmirlər. Oneiro group biznesin inkişafında etibarlı tərəfdaşınız olmağa hazırdır. Bizim ənənəvi və rəqəmsal marketinq xidmətlərimiz biznesinizin inkişafına kömək etmək üçün nəzərdə tutulub. Elə indi bizimlə əlaqə saxlayın və gəlin birlikdə biznesinizin uğur hekayəsini yaradaq! Çünki biz marketinqdə yeni dalğa yaradırıq!
Brendinizi zirvələrə daşımaq və biznesinizi uğura aparmaq istəyirsiniz?
O zaman bizimlə əlaqə saxla!