Satışlarınızın artmasında Sayt və SEO-nun önəmi

Satışlarınızın artmasında Sayt və SEO-nun önəmi

Dövrümüzdə, müştərilər əksər hallarda onlayn platformalar üzərindən alış-veriş edirlər. Bu baxımdan, bizneslər üçün Sayt və SEO (Axtarış Motoru Optimizasiyası) strategiyaları, satışları artırmağın əsas yollarından biri kimi önə çıxır. Bu bloqda biz Sayt və SEO-nun satışlara təsirinə və bu sahədə ən yeni statistik məlumatlarına nəzər salacağıq.

Rəqəmsal imicin önəmi

Bildiyiniz kimi onlayn varlığınız müştərilərinizlə birbaşa əlaqə qurmaq və onlarda sizinlə bağlı təəssurat yaratmaq üçün əsas vasitəsidir. Dijital bir imic yaratmaq və müştərinin təsəvvüründə uğurlu bir brend kimi yaddaşda qalmaq istəyirsinizsə, axtarış motorlarında da dijital varlığınızı gücləndirməniz çox önəmlidir. Bunun üçün isə sizin keyfiyyətli veb-sayta və düzgün qurulmuş SEO strategiyasına ehtiyacınız var.

Keyfiyyətli veb-sayt necə olmalıdır ?

Keyfiyyətli bir veb-sayt dedikdə, istifadəçi dostu - dizayn, mobil uyğunluq və sürətli yüklənən səhifələr nəzərdə tutulur. Yəni veb-saytınız kifayət qədər rahat istifadə oluna bilməli və anlaşılması asan olmalıdır. Bundan əlavə saytınızın mobil uyğunluğu da çox önəmlidir. Bunun səbəbi isə, müştərilərin məhsul axtarışında əsasən mobil cihazlardan istifadə etməsi və bu trafik payının günü gündən artmasıdır.

SEO-nun önəmi

Veb saytın keyfiyyəti ilə yanaşı, həmin veb-saytın axtarışda ilk sıralarda olması da kifayət qədər önəmli mövzudur. Saytınız nə qədər keyfiyyətli, rahat və çoxfunksiyalı olur olsun, əgər axtarış motorlarında ilk sıralarda çıxmırsa, siz müştərilər itirəcəksiniz. Çünki insanların əksəriyyəti axtarış zamanı ilk səhifədə çıxan biznes saytlarına daha çox üstünlük verirlər. Axtarış motorlarında ilk sıralarda görünmək, müştərilərinizin zehnində daha güvənli bir brend kimi yadda qalmanıza səbəb olur. Bunun üçün isə saytınızda güclü SEO işləri aparılmalıdır. Keyfiyyətli SEO üçün, diqqət etməli olduğunuz bir neçə amil var. Gəlin birlikdə bu amillərə nəzər salaq. 1. Açar sözlərin tədqiqi: - Yüksək axtarış həcmli və mövzunuza uyğun açar sözləri tədqiq edin. - Long-tail keywords (uzun quyruq açar sözlər) istifadə edərək özünüzü fərqləndirin. - Google Trends və digər tədqiq alətlərindən istifadə edin ki, mövzuların və açar sözlərin populyarlığını və dəyişikliklərini izləyəsiniz. 2. Kontentin keyfiyyəti: - Unikal və maarifləndirici kontent yaradın. - Oxucularınıza faydalı məlumatlar təqdim edin. - Başlıqları və mətni oxucunun marağını cəlb edəcək şəkildə tərtib edin. 3. Saytın Strukturu: - SEO üçün uyğun URL strukturu qurun. - Internal linking (daxili keçidlər) taktikalarını istifadə edin. - Sayt xəritəsini yaradın və Google Search Console-dan təqiqat edin. 4. Mövzunu İzləmə və Yeniləmə: - Mövzunuza uyğun son trendləri izləyin və saytınızı bu trendlərlə uyğunlaşdırın. - Saytınızı düzgün şəkildə yeniləyin və aktual mövzular ətrafında kontent hazırlayın. 5. Optimizasiya: - Saytınızın sürətini artırın (yükləmə vaxtını azaldın). - Media fayllarının ölçüsünü mümkün qədər minimuma salmağa çalışın. Son olaraq unutmayın ki, SEO diqqət və təcrübə tələb edir. Əgər kiyafət qədər təcrübəniz yoxdursa, bu işi peşəkarlara həvalə etmək daha yaxşı seçim ola bilər. Və beləliklə, ilk sıralarda çıxan keyfiyyətli bir saytınız sizin satışların armasına birbaşa səbəb olacaqdır.

shape
shape
shape
shape

Gəlin, uğurlara shape birgə imza ataq!

Brendinizi zirvələrə daşımaq və biznesinizi uğura aparmaq istəyirsiniz?
O zaman bizimlə əlaqə saxla!

Ödənişsiz konsultasiya üçün müraciət et!